“Yəqin ki, xəritələrdə minaların harada olduğu dəqiq göstərilməyib“ - Brayza

saytların hazırlanması

Evə çatdırılma

“Yəqin ki, xəritələrdə minaların harada olduğu dəqiq göstərilməyib“ - Brayza

Siyasət

02 May 2023 11:08 637


“Qarabağda 3 nəfərin həlak olması ilə baş verən mina partlayışı hadisəsi faciədir. Buna görə çox təəssüf edir və başsağlığı verirəm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

Sonuncu partlayışdan sonra mina xəritələrinin Ermənistan tərəfindən verilməməsindən söz açan analitik bildirib ki, həqiqi mina xəritələrin Ermənistanda olub-olmadığını dəqiq bilmir: Toyuqlu pizza

“Bu xəritələrin olub-olmamasını deyə bilmərəm, lakin əgər belədirsə, əlbəttə, Ermənistanın beynəlxalq hüquq çərçivəsində bu xəritələri Azərbaycanla bölüşmək öhdəliyi var. Amma belə xəritələr olsa belə, mümkündür ki, bu xəritələrdə minaların harada olduğu dəqiq göstərilməsin. Çünki belə əməliyyatlar zamanı qoşunların müəyyən yerlərdən kənarda mina yerləşdirməsi tamamilə mümkündür.

Ən əsası isə odur ki, Ermənistan bu minaları tapıb götürmək üçün əlindən gələni etməlidir. Təəssüf ki, Ermənistan beynəlxalq hüquq çərçivəsində belə öhdəlikləri yerinə yetirmir. Bu isə sonda dəhşətli nəticələrə gətirib çıxarır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!