“Yeraltı”nın ulduzu susmadı - Məktəbdəki faciə barədə danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Yeraltı”nın ulduzu susmadı - Məktəbdəki faciə barədə danışdı

Şou

20 Aprel 2026 15:46 620


Ekin Mert Daymaz məktəblərdə son vaxtlar baş verən hadisələrlə bağlı səslənən ittihamlara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, “Yeraltı” serialında rol alan aktyor bəzi çevrələrdə səsləndirilən “bu cür faciələrə mafiya mövzulu seriallar səbəb olur” fikri ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, təkcə ekran işlərini günahlandırmaq doğru yanaşma deyil.

Daymaz bildirib ki, bir insan belə addımı atmağa meyllidirsə, bunu yalnız seriala bağlamaq mümkün deyil. Aktyor hesab edir ki, bu gün internetdə saysız-hesabsız oxşar məzmun var və tamaşaçı istənilən halda bu tip materiallarla qarşılaşa bilər. Dominos pizza

O vurğulayıb ki, məsələni yalnız serialların üzərinə atmaq reallığı tam əks etdirmir. Daymazın fikrincə, burada daha dərin sosial və psixoloji səbəblər də nəzərə alınmalıdır.

Qeyd edək ki, Ekin Mert Daymaz “Yeraltı” serialında “Ferhat” obrazını canlandırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!