“Yerevanda mitinq keçirməkdənsə Qarabağa getsinlər...” – Ermənistanda qarşıdurma

saytların hazırlanması

Evə çatdırılma

“Yerevanda mitinq keçirməkdənsə Qarabağa getsinlər...” – Ermənistanda qarşıdurma

Siyasət

06 Aprel 2022 07:55 1938


Ermənistanda hakim “Mənim addımım” parlament fraksiyasının rəhbəri Andranik Koçaryan Ermənistanın keçmiş prezidentləri Robert Koçaryana və Serj Sarkisyana Yerevanın Azadlıq meydanında mitinqlər keçirməkdənsə, Dağlıq Qarabağa yollanmağı məsləhət görüb.

Onların ikisi də əslən Qarabağdandırlar. AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində Andranik Koçaryan deyib ki, Dağlıq Qarabağa dəstək Dağlıq Qarabağın öz içərisindən daha faydalı olardı. Onun sözlərinə görə Dağlıq Qarabağın problemləri Dağlıq Qarabağda həll olunmalıdır:

“İki müxalif qüvvənin liderlərinə təklif edirəm ki, öz qərargahları və tərəfdarları ilə Artsaxda (Qarabağ – red) ayda bir dəfə toplanış keçirsinlər. Qoy özlərinin azsaylı qrupları ilə özünümüdafiə ordusunun imkanlarını həm iştirakları, həm də maliyyələri ilə gücləndirsinlər. Hazırkı vəziyyətdə dövlət hakimiyyətinin dəstəyindən başqa cəmiyyətimizə müxalifət qüvvələrinin dəstəyini görmürük”. pizza hut

Brüssel danışıqlarından gözləntiləri barədə suala cavab verərkən Andranik Koçaryan deyib:

“Əvvəlcə görüş olacaq və bu görüşdən sonra əlbəttə hökumətin nəyisə gizlətməsinə ehtiyac qalmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!