Yetkinlik yaşına çatmayanları cinayətə sövq edən şəxslər həbs edildilər

saytların hazırlanması

Evə çatdırılma

Yetkinlik yaşına çatmayanları cinayətə sövq edən şəxslər həbs edildilər

Kriminal

13 Yanvar 2026 13:37 361


Bakının mərkəzi küçələrində yetkinlik yaşına çatamayan iki nəfərin insanlara yaxınlaşaraq əl çantaları və qiymətli əşyalarını talamaları barədə polisə məlumat daxil olub.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar. pizza hut

Aparılan araşdırmalarla azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə sövq edildiyi müəyyən edilib. Tədbirlərin davamı olaraq həmin şəxslər 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov də müəyyən olunaraq saxlanılıblar. Onların azyaşlıları qeyd olunan qanunsuz əməllərə yönəltdikləri aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb.İ.Bukavazin və M.Bədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!