“Yevlax-Mərkəzi Bazar” ASC ləğv edilir

saytların hazırlanması

Evə çatdırılma

“Yevlax-Mərkəzi Bazar” ASC ləğv edilir

Rəsmi

25 İyun 2023 19:14 1564


“Yevlax-Mərkəzi Bazar” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Yenisabah.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, iclas 10 avqust, Yevlax şəhəri Fizuli küçəsi, ev 10 ünvanında keçiriləcək.

Yığıncağın iclasında gündəliyə “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərarın qəbul edilməsi, Ləğvetmə Komissiyasının tərkibinin təsdiq edilməsi, ləğv edilmə müddətinin müəyyən edilməsi, səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi daxildir. Dominos pizza

Qeyd edək ki, “Yevlax – Mərkəzi Bazar” ASC 2000-ci ildə yaradılıb, İdarə Heyətinin sədri Elnur Əzizovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!