Yevlaxda dəfələrlə yanğın baş verən qamışlıq ərazi qurudulur -Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda dəfələrlə yanğın baş verən qamışlıq ərazi qurudulur -Fotolar

Sosial

04 Fevral 2024 15:39 611


Yevlax rayonunun Çənlibel yaşayış massivində bataqlıq və qamışlıq ərazinin qurudulması işlərinə başlanılıb.

“Report”un məlumatına görə, Çənlibel yaşayış massivində olan fərdi evlər və çoxmənzilli binaların sakinlər yaşadıqları ərazinin yaxınlığında qrunt sularının yığılması nəticəsində yaranmış qamışlıq və bataqlıq sahədə tez-tez yanğın hadisələrinin baş verdiyini, evlərinə, əşyalarına ziyan dəydiyini, hazırki vəziyyətin onların narahatlığına səbəb olduğunu bildiriblər.

Bu səbəbdən bataqlıq ərazinin qurudulmasına və qamışlığın ləğv edilməsinə köməklik göstərilməsi üçün aidiyyəti qurumlara müraciət ediblər. Dominos pizza

Sakinlərin müraciəti nəzərə alınaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunan ərazidə yerləşən bataqlığın qurudulması və qamışlığın ləğv edilməsi istiqamətində işlərə başlanılıb.

Hazırda əraziyə torpaq daşınması və daşınmış torpağın texnikalar vasitəsilə yayılması işləri həyata keçirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!