Yevlaxda dəm qazından zəhərlənən ailənin durumu necədi?

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda dəm qazından zəhərlənən ailənin durumu necədi?

Sağlamlıq

23 Yanvar 2026 11:33 636


Yevlaxda dəm qazından zəhərlənən ailənin son durumu açıqlanıb.

Yevlax Rayon Mərkəzi Xəstəxanasından “Yeni Sabah”a bildirilib ki, yanvarın 22-də dəm qazından zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə daxil olan 2 nəfərdən 2007-ci il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyəti stabilləşdiyindən ambulator müalicə üçün evə buraxılıb.

Məlumata görə, 1982-ci il təvəllüdlü şəxsin müalicəsi isə hazırda Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Pepperoni pizza

Qeyd edək ki, ötən gün Yevlax şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib. Onlardan biri ölüb, 4 nəfər isə xəstəxanaya yerləşdirilmişdi. Zəhərlənənlərdən ikisi dünən evə buraxılmışdı.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!