Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiya Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan şəxsin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
“Yeni Sabah” xəbər verir ki, fevralın 13-də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah-sursat saxlayan Hacıqabul rayon sakini Əli Zülfüqarov saxlanılıb.
Onun üzərinə şəxsi baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 60 ədəd döyüş patronları aşkar edilərək götürülüb. Marqarita pizza
Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub. Faktla bağlı cinayət işi başlanılıb.
Telegram kanalımız