Yevlaxda narkotik satanlar saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda narkotik satanlar saxlanılıb

Kriminal

11 Mart 2019 21:27 937


Yevlaxda narkotik satan şəxslər saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Gəray Xəlilovdan 0.712 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla G. Xəlilova narkotiki satmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Daşdəmirov saxlanılıb.

Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Göyüşovdan 0.324 qram heroin aşkar edilərək götürülüb. E. Göyüşovun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Babayev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə şəxsi baxış keçirilən zaman 5 ədəd tramadol həbləri də aşkar edilib. pizza

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!