Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirildi - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirildi - TƏFƏRRÜAT

Kriminal

10 İyun 2024 20:34 534


Yevlaxda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.

Toyun iştirakçıları olan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlu ilə 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sezar pizza

Bu zaman E.Abışova kəsici-deşici alətlə ağır xəsarət yetirilib. O, aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayev isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!