Yeznəsini hədələyən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Yeznəsini hədələyən şəxs tutuldu

Kriminal

22 Mart 2019 01:33 1023


Kəlbəcər sakini Tərtər rayonunda yeznəsini odlu silahla hədələyib. 

Kəlbəcər rayon sakini Vahid Əsədov bacısının həyat yoldaşı H.İsmayılovun Tərtərin Səhləbad kəndindəki evinin qarşısına gələrək münaqişə zəminində ov tüfəngindən havaya bir neçə dəfə atəş açıb.

Hadisədən xəbər tutan Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirləri həyata keçirib. V.Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan "Françi" markalı ov tüfəngi götürülüb. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!