Yığmamızın futbolçusu rəqibin burnunu sındırdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yığmamızın futbolçusu rəqibin burnunu sındırdı - Foto

İdman

16 Aprel 2019 16:04 808


Almaniyanın 3-cü Liqasında 33-cü turun oyunları keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen” klubu da növbəti matçına çıxıb. Dadaşovun komandası "Münhen 1860”la qarşılaşıb. Münster klubunun 1:0 hesablı qələbə qazandığı bu oyunda Rüfət, 30-cu dəqiqədə komandasının yeganə qoluna imza atıb.

Futbolçu qolla yanaşı, kobudluğu ilə də yadda qalıb. O, matçın 78-cı dəqiqəsində top uğrunda mübarizədə dirsəyi ilə rəqib futbolçu Simon Lorentsə zərbə endirdiyi üçün sarı vərəqə görüb. Tibbi müayinədən keçən Lorentsin burun və sağ gözün altındakı yanaq sümüyündə qırıq aşkarlanıb. 22 yaşlı futbolçuya əvvəlcə meydanda yarım edən həkimlər onun zədələnmiş nayihəsini sarıyıb. Növbəti görüşdə Lorentsin meydana maska ilə çıxacağı bildirilir.  pizza

"Proyssen” 33 turdan sonra 45 xalla 7-ci sırada qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!