Yıldırım bundan sonra hansı vəzifəni tutacaq?

saytların hazırlanması

Evə çatdırılma

Yıldırım bundan sonra hansı vəzifəni tutacaq?

Dünya

26 İyun 2019 12:23 1216


Əsl işim olan millət vəkilliyinə qayıtdım, artıq adi millət vəkiliyəm.

"Yeni Sabah" "Habertürk”ə istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasından İstanbul bələdiyyə sədri vəzifəsinə namizəd olmuş Binəli Yıldırım deyib.

İyulun 23-də keçirilmiş təkrar bələdiyyə seçkilərinin nəticələri barədə danışan B.Yıldırım bildirib ki, deyiləsi bir şey yoxdur, nəticə ortadadır. Marqarita pizza

O, bundan sonra hansı vəzifədə çalışacağına da aydınlıq gətirib: “Adi millət vəkiliyəm. Əsl işimizə qayıtdıq”.

Qeyd edək ki, təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlu 4 741 868 səs toplayaraq qalib gəlib. Binəli Yıldırım isə 3 935 453 səs qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!