“Gör, biz nə oyunlardan çıxırıq ki, müqəvvayla qorxudurlar...”

saytların hazırlanması

Evə çatdırılma

“Gör, biz nə oyunlardan çıxırıq ki, müqəvvayla qorxudurlar...”

Avto

29 İyul 2019 10:05 1186


Son günlərdə sosial şəbəkələrdə Dövlət Yol Polisi (DYP) avtomobillərinin maketini əks etdirən görüntülər paylaşılır. Xeyli müzakirəyə səbəb olan maketlərə yanaşma birmənalı deyil.

Nəqliyyat eksperti Elməddin Muradlı "Yeni Sabah"a açıqlamasında bildirib ki, bu cür vasitələrin yol hərəkəti təhlükəsizliyi ilə bağlı müəyyən təsirləri olur:

"Yol hərəkəti təhlükəsizliyini anlamayan insanlar bu addımı tənqid edirlər. Hətta bu cür etiraz edənlər də var: “Mən o maketi görəndə ani tormuz verib qəzaya düşəcəm”. Gör nə qədər təfəkkürsüz, şüursuz insanlardır. Adama deyərlər, belə qorxansansa, niyə sürət həddini keçirsən? Niyə təhlükəsizlik kəmərini taxmayıb yolda şou göstərirsən ki, maketi görəndə də qorxasan?". Dördpendirli pizza

Onun fikrincə, qayda pozan sürücülər bu barədə özlərini mühakimə etməlidirlər:

“Özlərini deməlidirlər ki, gör biz nə oyunlardan çıxırıq ki, bizi müqəvvayla, maketlə qorxutmağa başlayıblar.  Əkin-biçin sahələrində quşlar üçün maketlər quraşdırılır ki, gəlib təsərrüfata ziyan vurmasınlar. Bu maşın maketləri də şüurlu insanlar üçün quraşdırılır ki, ətraf mühitə ziyan vurmasınlar, qəza törətməsinlər”. 

Ekspertin sözlərinə görə, sürücülərin sürət həddini keçməməsi üçün hələlik başqa həll  yolları həyata keçirmək mümkün deyil:

“Başqa alternativ yol odur ki, göyə dron qaldırsınlar, peyklə nəzarət etsinlər. Bu qədər şüurlu insana bu qədər texniki vasitəylə nəzarət nə dərəcədə doğrudur? Bir də gördün ki, deyirlər: “Filan yerdə sürəti niyə artırmırlar?" Bu adam evində oturub özünü hamıdan ağıllı sayır, deyir ki, Bakı-Şamaxı yolunda niyə 60 sürət qoyurlar. Bunu mütəxəssislər tənzimləyirlər. Buna onlar nəzarət edirlər, yekun rəyə qoyurlar. Bizim cəmiyyət üçün sürət həddi artırmaq keçərli deyil. Cənub istiqamətində təzə pullu yol çəkiblər, amma hələ pulsuzdur. Söbət Bakı-Astara yolundan gedir.  Gördünüzmü, qəza oldu, 8 nəfər öldü. Niyə? Çünki o yolda radar yoxdur, nəzarət tam həyata keçirilmir. Bizim sürücülərə yüksək sürət yaraşmır. Nə vaxtsa bizdə də pullu yol, avtomagistral yaradılsa, səhəri günü hərəmiz bir xərək götürüb meyit daşımalı olacağıq”. 

Elnarə İlham

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!