Yol polisi 23 sürücünü cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi 23 sürücünü cərimələdi

Avto

20 İyul 2021 10:01 4212


Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, rayon ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən və nəqliyyat vasitəsinə konstruksiya dəyişiklikləri edən sürücülər saxlanılıblar. Onlarla maarifləndirici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntuları barədə məlumatlar verilib.

Həmçinin tədbirlər zamanı avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin miqdarları da yoxlanılıb və normadan artıq zərərli maddə ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.  pizza hut

Tədbirlər zamanı yol verdikləri qayda pozuntusuna görə ümumilikdə 23 sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!