Yol polisi bu maşını niyə saxlamışdı? –   Video

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi bu maşını niyə saxlamışdı? – Video

Avto

19 Sentyabr 2019 09:20 1470


Sosial şəbəkələrdə DYP əməkdaşı ilə sürücü arasında növbəti dialoqun videoregistrator vasitəsi ilə qeydə alınmış görüntüləri paylaşılıb. 

“Yeni Sabah” Qaynarinfo-ya istinadən xəbər verir ki, 17 sentyabr tarixində 13:24 radələrində Ziya Bünyadov prospektindən Ələsgər Qayıbov küçəsinə dönən istiqamətdə DYP əməkdaşı sürücüyə saxlama əmri verir və onun zolaqları kəskin dəyişdiyini, yol ayrıcını keçmə qaydasını pozduğunu iddia edir. Halbuki, sürücü həqiqətən qayda pozmuş olsa belə, bu yol ayrıcını keçmə qaydasının pozulması yox, zolaqlar üzrə yerdəyişmə qaydasının pozulmasıdır. 

Uzun sürən dialoqdan sonra əməkdaş sürücüyə protokol tərtib etmir və videogörüntü ilə birlikdə onun ünvana göndəriləcəyini deyir. Amma qanuna əsasən sürücü narazı olsa belə, qərarsız protokol tərtib edilməli və protokolun bir nüsxəsi də sürücüyə təqdim olunmalı idi.  Toyuqlu pizza

Videogörüntü əsasında yazılan protokol isə 24 saat ərzində sürücünün elektron kabinetində görünməlidir. Sürücünün elektron kabinetində heç bir protokol görünmür. Bəs onda bu əməkdaş niyə sürücüyə saxlama əmri vermişdi? Əgər sürücü həqiqətən qayda pozmuşdusa niyə ona protokol yazmadı? Qayda pozmamışdısa, niyə görə onu saxlayıb vaxtını aldı? 

Bu sualların cavabını oxucuların və həmin əməkdaşın öhdəsinə buraxırıq. Amma yaxşı ki, həmin avtomobildə videoregistrator var idi. Hər bir sürücüyə də avtomobilinə videoregistrator quraşdırmağı tövsiyə edib videogörüntünü təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!