Yol polisi bu sürücülərə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi bu sürücülərə müraciət etdi

Avto

16 Mart 2025 12:32 2324


Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, müraciətdə idarə son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.

Qeyd edək ki, ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. Dördpendirli pizza

Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!