Yol polisi bu sürücülərə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi bu sürücülərə müraciət etdi

Avto

02 Avqust 2025 10:16 1268


Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb.

Bu barədə “Yeni Sabah”aa Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən sürücünün qəzadan əvvəl ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. pizza mizza

"Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Eyni zamanda, belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar", - müraciətdə qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!