Yol polisi hər gün Bayıldan şəhərə girişi niyə bağlayır?

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi hər gün Bayıldan şəhərə girişi niyə bağlayır?

Avto

04 Avqust 2023 15:10 9608


Son günlər yol polisləri paytaxt Bakının cənub girişində - “Dəniz Mall” Ticarət Mərkəzi yanından yollar demək olar ki, hər gün bağlanır. 

“Yeni Sabah” bildirir ki, 17:00-19:00-dan sonra Bayıl qəsəbəsi tərəfdən şəhərə girişlər tamamilə bağlanılır və yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunur. Bu isə ərazidə uzun tıxacların yaranmasına səbəb olur. Nəticədə nəinki minik maşınları, hətta marşrut avtobusları da uzun müddətə bu tıxaclarda qalmalı olur. 

Buna səbəb nədir?  Marqarita pizza

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BBDYPİ) inspektoru, polis mayoru Fuad Sultanov “Yeni Sabah”a bildirib ki, yolun bağlanması heç bir yol-nəqliyyat hadisəsi və yaxud yolların təmiri ilə bağlı deyil.

Onun sözlərinə görə, buna səbəb sadəcə nəqliyyatın sıxlığıdır:

“Çünki həmin pik saatlarda nəqliyyatın axını çox olur. Bunun üçün də qeyd olunan vaxtlarda əlavə naryadlar ayrılır və nəzarət gücləndirilir. Çox güman ki, bu gündən sonra əlavə problem yaşanmayacaq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!