Yol polisi qaydaları niyə pozur? – Videofakt

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi qaydaları niyə pozur? – Videofakt

Avto

14 Aprel 2019 22:34 1063


Bakıda DYP əməkdaşı 90 saniyə ərzində 3 dəfə kobud qayda pozuntusuna yol verib.

13.04.2019 tarixində 17:34-17:36 radələrində Babək prospektində ardıcıl 3 kobud qayda pozan DYP əməkdaşının videosu vətəndaşlardan biri tərəfindən saytımıza göndərilib. Belə ki, 99 YP 374 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan DYP əməkdaşı əvvəlcə svetoforun qırmızı işığında hərəkəti davam etdirir. 

Daha sonra ən sol zolaqdan sağ zolağa yerdəyişmə edərkən 1.1 xəttinin tələbini pozur. Bununla da kifayətlənməyib zolaqlar üzrə hərəkət nişanının tələbini pozaraq yerdəyişmə etdiyi zolaqdan geriyə dönmə edir. Bütün bunları edərkən də səs siqnalından və sayrışan işıqlardan istifadə etmir. Qanunun keşiyində durmalı olan şəxsin qanuna belə etinasız yanaşması əlbəttə ki, xoşagələn hal deyil.  pizza mizza

Qaynarinfo 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!