DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) radarlarla bağlı hərəkət iştirakçılarına müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, müraciətdə deyilir:
“Yol hərəkəti — bu, sadəcə nəqliyyat vasitəsinin bir nöqtədən digərinə hərəkəti deyil. Dünyada hər gün milyonlarla insanın qarşılıqlı anlaşma, məsuliyyət və diqqətlə birgə hərəkət etdiyi mürəkkəb və canlı bir sistemdir. Bu sistemin əsas qayğısı isə təhlükəsizlikdir. pizza sifarişi
Məhz bu təhlükəsizliyin təmin olunmasında radar sistemləri xüsusi yer tutur. Radar — sadəcə bir texniki qurğu deyil. O, qanuna, qaydalara və insan həyatlarının qorunmasına xidmət edən texniki vasitədir. Radar yollarda nəzarəti gücləndirməklə yanaşı, bizə öz məsuliyyətimizi xatırladır. Hər dəfə radarın yaxınlığından keçərkən biz bir anlıq da olsa düşünürük: “Nəqliyyat vasitəni yüksək sürətlə sürsək nə qazanırıq? – cərimə, təhlükəli anlar, həyəcan və ağır qəzalar”.
Telegram kanalımız