Yol polisi sürücülər üçün təhlükə yaradıb - Video

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi sürücülər üçün təhlükə yaradıb - Video

Avto

21 Fevral 2020 08:58 1063


Avtomobili yolların birləşmə yerində dayandıraraq hərəkəti çətinləşdirib. Yol polisinin yolda yaratdığı təhlükə kameraya düşüb. Görüntüləri oxuculardan biri Avtosfer.az-ın redaksiyasına gömdərib., 99-YP-319 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajı fevralın 13-ü paytaxtın Heydər Əliyev prospektində yerləşən köpünün üzərində "Kamaz" markalı yük avtomobilini dayandırıb. Sağda kifayət qədər yer olmasına baxmayaraq o, avtomobili yolların birləşmə yerində dayandıraraq hərəkəti çətinləşdirib. Məsələ haqda açıqqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov isə bildirib ki, yol polisi həmin yük maşınını saxlamayıb. "Maşında nasazlıq yarandığı üçün körpüdə dayanıb. Yol polisi əməkdaşları isə sürücüyə kömək etmək məqsədilə orda dayanıb. Eyni zamanda təhlükəsizliyi təmin ediblər." https://bax.tv/video/94099.html
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!