Gecədən başlayaraq ölkədə hava şəraiti kəskin dəyişəcək.
“Yeni Sabah” xəbər verir ki, bununla əlaqədar BDYPİ sürücülərə xəbərdarlıq edib.
“Yollarda yarana biləcək yol qəzaları və diqər xoşagəlməz halların qarşısının alınması üçün, avtomobilləri idarə edərkən sürücülər diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər eləcə də kəskin tormozlama etməmələri tövsiyə olunur”. Toyuqlu pizza
Sonda bildirilir ki, “Qarlı, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində sükanarxasına əyləşməmələri xahiş olunur”.
Telegram kanalımız