Yol Polisi “Təmiz hava” aylığına başladı

saytların hazırlanması

Evə çatdırılma

Yol Polisi “Təmiz hava” aylığına başladı

Sosial

19 Aprel 2019 16:00 1148


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində "Təmiz hava” aylığı keçirilir.

Nazirliyin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postlarında saxlanılan sürücülərə bildirilir ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətdə saxlanılmalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsiz normalara uyğun olmalıdır.

Xüsusi cihaz vasitəsilə yoxlanılması zamanı ekoloji təhlükəsiz normalarına cavab verməyən nəqliyyat vasitələri yol polisi əməkdaşları tərəfindən aşkar olunur, sürücüləri inzibati məsuliyyətə cəlb edilir. Marqarita pizza

Tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların həyatına ciddi təhlükə törətməsinin və havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

Qeyd edək ki, "Təmiz hava” aylığı ölkəmizin  bütün bölgələrində də davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!