“Yol polisi yesir günündə qalıb” – Fazil Mustafa 

saytların hazırlanması

Evə çatdırılma

“Yol polisi yesir günündə qalıb” – Fazil Mustafa 

Siyasət

11 Oktyabr 2021 13:22 2281


“Bakının tıxac problemi artıq fəlakətli bir vəziyyətdədir. Və bu gün 100 minlərlə azərbaycanlı o cümlədən Milli Məclisin deputatları da, iş adamları da, sıradan vətəndaşlar da, məktəbə uşağını aparan valideynlər də, çox böyük əziyyət içindədirlər.”

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin iclası zamanı deputat Fazil Mustafa deyib.  

“Demək olar ki, dünyanın bütün böyük şəhərlərində tıxac var. Ancaq dünyanın hər şəhərində olmayan bir şey var ki, o da bizdə var. Orda heç olmasa 1 nəfər, 3 nəfər, 5 nəfər hansısa qurumun rəhbəri çıxır qabağa deyir ki, tıxacla bağlı 1 il sonra biz bu tədbiri görəcəyik. Ancaq Azərbaycanda bunun məsuliyyətini daşıyan heç kim yoxdur. Yol polisi yazıq, yesir günündə qalıb. O yolları tənzimləmək mümkün olmur. Şəhərdə yolların böyük əksəriyyəti  sanki tank istehkamı əleyhinə qurulmuş maneələrə bənzəyir. Yolların çoxunda geri dönmə üçün heç bir variant fikirləşilməyib. Dördpendirli pizza

Təklif edirəm bu məsələ ilə bağlı müvafiq qurumlar çıxıb cəmiyyətə məlumat versinlər ki, 1 ay sonra nə etmək istəyirlər, hansı planları var. Hər məsələdə olduğu kimi, bu məsələdə də cəmiyyətə açıq- aydın bilgilər verilməlidir.”

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Sürücülük vesiqesinin verilməsindədir problem vəssalam.hec bir yerde problem axtarmayın.Qanunu bilen sürücü heç vaxt qayda pozmur qanundan kenar hərəkət etmir harda geldi dayanmır,necə gəldi dağ keçisi kimi zolaqdan zolaqda tullanır və s. Problem bəllidir.
    5 years ago