Yol polisində olay: texniki pasportları gətirən maşın yanıb

saytların hazırlanması

Evə çatdırılma

Yol polisində olay: texniki pasportları gətirən maşın yanıb

Avto

28 İyun 2019 18:11 2891


Son bir neçə ildə Dövlət Yol Polisi ilə bağlı şikayətlərin sayı bir neçə dəfə artıb. İnsanları daha çox narahat edən məqam DYP-də qurulan anlaşılmaz sistemlə və rüşvət halları ilə bağlıdır.

“Yeni Sabah” xəbər verir ki, 7news.az-ın redaksiyasına daxil olan məlumatlardan biri isə sözün əsl mənasında nonsensdir. Belə ki, yeni texniki pasportlar almağa gələn 300-dən artıq sürücü naməlum vəziyyətlə qarşılaşıblar. Sürücülərə deyilib ki, DYP-də yeni texniki pasportlar bitib, birazdan gələcək. 

Yüzlərlə vətəndaşı bir neçə saat gözlətdikdən sonra onlara deyilib ki, yeni texniki pasportları gətirən avtomobil yolda yanıb. pizza sifarişi

Şikayətçi qeyd edir ki, artıq yüzlərlə insan saatlardır çıxılmaz vəziyyətdə qalıblar. Narazıların sayı durmadan artır, DYP isə heç bir addım atmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!