Yol polisindən 250 manat cərimə gəldi, sürücü şokda... – Şikayət

saytların hazırlanması

Evə çatdırılma

Yol polisindən 250 manat cərimə gəldi, sürücü şokda... – Şikayət

Avto

04 Mart 2022 15:20 8131


Yol Polisi tərəfindən 250 manat cərimə olunan sürücü bu qərara etiraz edir.

Bu haqda “Yeni Sabah”a müraciət edən sürücü Babək Şərifov iddia edir ki, o protokolda göstərildiyi kimi heç də sürət həddini aşmayıb. Bildirir ki, bu il fevralın 6-da Saatlı rayonuna müştəri aparıb. Sabirabadda ona cərimə yazıldığı ərazidə sürət həddinin  saatda 50 km olduğunu bildirir: “Orada həmişə yol polisi əmədaşları olur, bunu bilirəm. Həmçinin həmin hissədə döngə var və orada maşını 111 sürətlə sürmək mümkün deyil. Mən də sürət həddini aşmamaqla yol polisinin yanında keçdim.

Amma üstündən 3 saat gedəndən sonra SMS gəldi ki, 250 manat cərimə olunmuşam. Guya 61 km sürət həddini keçmişəm.  Toyuqlu pizza

Dərhal da Sabirabaddakı yol polisi postuna gəldim. Orada heç bir aydınlıq gətirilmədi. 

Respublika Baş Yol Polisi idarəsinə, həmçinin rəsmi olaraq Baş Prokurorluğa da müraciət etdim. Eyni zamanda DİN-ə də onlayn müraciət göndərdim. 

Üstündən bir neçə gün keçsə də, cavab gəlmədi. Məsələni ictimailəşdirdim. Sonra mənə DİN-dən zəng gəldi. Uzun danışıqdan sonra sübut eləməyə çalışdılar ki, guya o sürətlə gəlmişəm.

Məni idarəyə dəvət etdilər və orada bildirdilər ki, radar bu sürəti qeydə alıb. Amma aparatın düz işləyib işləməsini demirlər.

Onu qəsdən ediblər 61 km sürət həddini aşmışam. Bunu bilərəkdən belə quraşdırıblar. Yəni 60 olsa idi 150 manat cərimə olunacaqdım. Amma 61 olduğu üçün 250 manat cərimə yazılır.

Mən indi çarəsiz qalmışam. Belə bir pis vəziyyətdə... 50-100 manat olsa, yenə ödəmək olar. Amma 250 manat bu gün mənim üçün böyük puldur. Heç yerdə iləmirəm, 1 manat almıram. Cəmi 120 manat çörək pulu alıram. Gərək bunun 2 ayını toplayıb cərimə ödəyim.

Mən əminliklə deyirəm ki, orada sürət həddini nəinki 61, heç 20 km. də keçməmişəm. O yolu əzbər tanıyıram. Harada nə olduğunu bilirəm. Həftədə ən azı 1-2 dəfə gedirəm. 

İndi son atacağım addım mediaya və məhkəməyə müraciət etməkdir. Mən sürət həddini keçmədiyimə öz adım qədər əminəm”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!