Yol polisindən 250 manat cərimə olunan sürücüyə cavab

saytların hazırlanması

Evə çatdırılma

Yol polisindən 250 manat cərimə olunan sürücüyə cavab

Avto

05 Mart 2022 11:08 8106


Yol polisi tərəfindən 250 manat cərimə olunan sürücünün DYP-yə qarşı ittihamlarına adıçəkilən qurumdan cavab verilib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən polkovnik-leytenant Mübariz Ağayev Yenisabah.az-a bildirib ki, sürücü

Babək Şəifovun şikayətindəki ittihamların əsası yoxdur.  pizza

M. Ağayev deyib ki, sürücü bu haqda quruma etdiyi müraciətlər və radioda səsləndirdiyi iddialrdan sonra idarəyə dəvət edilib. Onun sözlərinə görə, sürücü həqiqətən də qayda pozuntusuna yol verib:

“Biz bu şikayəti dərhal nəzarətə götürdük. Mütəxəssislərlə birlikdə araşdırma aparıldı. Onun qayda pozuntusuna yol verdiyi təsdiqləndi. O nəzərdə tutulan sürət həddini aşıb. Bu isbat olunub”.

Mübariz Ağayev qeyd edib ki, B. Şərifov özü də polis əməkdaşları ilə birgə qayda pozuntusunun videosunu izləyib:  

“Fakt ortada olduğuna görə, həmin vaxt idarədə etiraz edə bilmədi. İndi yenidən mediaya müraciət edib. Bu gün və ya sabah ona rəsmi cavab göndəriləcək. Yəni sürücü barəsində qəbul edilən qərar qanunidir.

Qayda pozuntusuna yol verən şəxs çox vaxt özünü haqlı hesab edir. Əsas odur ki, sağlam yanaşma olsun”.

Bununla bərabər M. Ağayev deyib ki, sürücü qəbul olunan qərarla bağlı yuxarı instansiyalara və həmçinin məhkəməyə müraciət edə bilər.

Xatırladaq ki, ötən gün “Yeni Sabah”a müraciət edən B. Şərifov sürət həddini aşması ilə bağlı onun avtomobilini qeydə alan radar aparatının düzgün işləmədiyini və ona haqsız olaraq 250 manat cərimə yazıldığını iddia etmişdi.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!