Baş Dövlət Yol Polisi İdarəsinin qarşısındakı yol ötən il yenidən təmir olunduqdan sonra yol nişanlarında dəyişiklik edilib.
“Yeni Sabah” xəbər verir ki, bunu müstəqil jurnalist Xalid Vahidoğlu yazıb. O, bildirib ki, Xırdalan-Binəqədi yolunun BDYPİ-nin qarşısından keçən hissəsində yolun iki zolağından birində məcburi sola dönmə işarəsi qoyularaq düzünə hərəkət qadağan edilib: “Baxmayaraq ki, BDYPİ-yə gedən həmin zolaqdan yalnız iş saatlarında az sayda avtomobil istifadə edir. Düzünə hərəkət üçün ayrılan digər zolaqda isə 1, günün bəzi vaxtlarında 2, hətta 3 Yol Patrul Xidməti avtomobili və DYP əməkdaşları dayanaraq sürücülər üçün qurulan bu "tələ"yə düşən maşınları saxlayaraq onsuz da dar olan yolu bir qədər də bağlayırlar.
Artıq 1 ilə yaxındır DYP əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin 1 addımlığında qurduqları bu "tələ" ilə hər gün yüzlərlə sürücünü saxlayırlar. Mənim bu yoldan 2-3 dəfə keçərkən hər gün onlarla sürücünün saxlanıldığı, digər avtomobillərin sərbəst hərəkətinə maeə yaratdıqları, o cümlədən DYP əməkdaşlarının sürücüləri "sövdələşməyə" sövq etdiyini gördüyüm halda, təhlükəsizlik kameralarının yaxınlığında baş verən bu halları BDYPİ-nin səlahiyyətlilərinin görməməsi inandırıcı deyil. Həmçinin, dəfələrlə bildirsək də, bu yol nişanını hələ də dəyişməyiblər. Məsələ, ilə bağlı artıq daxili işlər nazirinə də rəsmi müraciət etdim və artıq müraciətin qeydə alındığı ilə bağlı rəsmi bildiriş aldım. İndi görək nazirlik bu fakta necə reaksiya verəcək”. pizza sifarişi
Telegram kanalımız