Yol polisinin rəisi apelyasiya şikayəti verdi

saytların hazırlanması

Evə çatdırılma

Yol polisinin rəisi apelyasiya şikayəti verdi

Avto

23 İyul 2019 09:46 1793


Məhkəmə Dövlət Yol Polisinin vətəndaş Ayaz Əliyevə içkili avtomobil idarə etmə ilə bağlı yazdığı inzibati protokolu ləğv edib.

Qərarı Xətai Rayon Məhkəməsinin hakimi Cavid Hüseyn verib. Qərara əsasən Əliyev Ayaz Nəsrəddin oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə inzibati icraata xitam verilib.

Xərai Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarından Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov apellyasiya şikayəti verib. Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun icraatındadır. pizza sifarişi

Qeyd edək ki, İXM-nin 333.1 maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Bu əmələ görə, dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərə tutulub.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!