Yol polisinin videosunu çəkənlərə Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Yol polisinin videosunu çəkənlərə Xəbərdarlıq

Sosial

02 Fevral 2019 13:37 1636


Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib. 

R.Quliyev qeyd edib ki, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər: "Onlar bu cür vəziyyətləri avtomobildə quraşdırılmış videoqeydiyyat cihazı vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa çalışırlar. Bəziləri isə həmin videolarda yol polisinə qarşı tabesizlik göstərməsini, cərimə yazılmadan yola davam etməsini "qəhrəmanlıq" kimi qələmə verməyə çalışır. Lakin unudurlar ki, polis yollarda bu sürücülərin təhlükəsiz, sağ-salamat evlərinə qayıtması üçün xidmət aparır”.

“Bir halı da nəzərə almaq lazımdır ki, hər bir sürücü yol-patrul xidməti əməkdaşının "saxla" işarəsinə tabe olmalı, müvafiq qaydada sənədləri təqdim etməlidir. Zərurət yarandıqda isə polisin tələbi ilə avtomobili tərk etməlidir". Pepperoni pizza

BDYPİ rəsmisi onu da qeyd edib ki - YPX əməkdaşları təkcə, yollarda yol hərəkəti təhlükəsizliyinin və yol hərəkəti qaydalarının təmin olunmasına nəzərət etmir, eyni zamanda Daxili İşlər Orqanlarının əməkdaşı kimi cinayətkarlığa qarşı mübarizə tədbirlərində də iştirak edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!