Yol polislərinə verilən yeni maşınlardan biri qəzaya düşüb.
“Yeni Sabah” xəbər verir ki, həmin qəzanın fotosu sosial şəbəkələrdə yayılıb. Qəzanın harada və nə vaxt baş verdiyi bəlli olmasa da, fotoda ciddi zərər dəymiş “Mercedess” markalı avtomobilin dövlət nömrə nişanı görünür.
Qeyd edək ki, həmin maşınlar yol polislərinə bir ay əvvəl – yanvarda verilib. pizza sifarişi
Yol Patrul Alayna verilən "Mercedes" markalı 118 ədəd avtomobilin 75-i "Mercedes"in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Həmin sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir.
Telegram kanalımız