Yol polisləri sərnişini xəstəxanaya çatdırdı

saytların hazırlanması

Evə çatdırılma

Yol polisləri sərnişini xəstəxanaya çatdırdı

Sağlamlıq

06 Fevral 2019 02:25 1283


Bu gün günorta saat 12 radələrində, Bakı - Şamaxı yolunun Hökməli dairəsi ərazisində, 99 YP 791 dövlət nömrə nişanlı, YPX avtomobili ilə xidmət aparan baş serjantlar - Fariz Hümbətov və Famil Əhmədov yolun tıxac olduğunu və adamların yığıldığını görüblər. 

Hadisə yerinə gələn YPX əməkdaşları 114 saylı marşurut avtobusunda 1995-ci il təvəllüdlü Nərmin Hüseynovanın vəziyyətinin pisləşdiyinin şahidi olublar.

Təcili yardım gələnə qədər gec olacağını düşünən YPX əməkdaşları xidməti avtomobil ilə gənc qızı xəstəxanaya çatdırıblar. Həkim müdaxiləsindən sonra xanımın vəziyyəti yaxşılaşıb. YPX əməkdaşları xəstənin yaxınları gələnə qədər gözləyib və daha sonra xidmət yerlərinə qayıdıblar.  Marqarita pizza

Avtosfer.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!