Avropa İttifaqı (Aİ) ölkələrində yol qəzalarına ən çox avstriyalı sürücülər düşür, danimarkalı sürücülər isə ən nümunəvilərdir.
Bu barədə Aİ-nin Avropa ölkələrindəki yol qəzaları ilə bağlı hesabatında deyilir.
Hesabata əsasən, Avstriyada 10 min nəfərə 44, Danimarkada isə yalnız 5qəza düşür. Almaniya (37) və Belçikada (35) yollarda qəza ehtimalı yüksəkdir. pizza
Sloveniya, Portuqaliya, Malta və İtaliyadakı qəzalar barədə məlumatlar Avstriya yolları ilə müqayisədə daha yaxşıdır: təxminən, 30 qəza. Eyni zamanda Kiprdə (7,5) və Finlandiyada (8,5) bu baxımdan vəziyyət xeyli yaxşıdır.
Report
Telegram kanalımız