Yol qəzasında ölən Gülgün “ASAN Viza”nın əməkdaşı olub

saytların hazırlanması

Evə çatdırılma

Yol qəzasında ölən Gülgün “ASAN Viza”nın əməkdaşı olub

Hadisə

18 Sentyabr 2019 11:02 1434


Ötən gün Bakıda avtomobilin vurması nəticəsində ölən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı olub.

"Yeni Sabah" bildirir ki, G.Əmiraslanlı Dövlət Agentliyinin “ASAN Viza” sistemində çalışıb.

Bu barədə onun sosial şəbəkədəki hesabında məlumat qeyd olunub.  pizza mizza

Qeyd edək ki, sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub. G.Əmiraslanlı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumata görə, fakta görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!