Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video

saytların hazırlanması

Evə çatdırılma

Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video

Avto

18 Aprel 2026 19:27 2011


Bakının əsas prospektlərindən birində aparılan yol xətlənməsi sürücülərin narazılığına səbəb olub.

“Yeni Sabah” Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayılıb.

Bildirilib ki, Qara Qarayev prospekti üzərində köməkçi yolda aparılan yeni xətlənmə sürücülər üçün çətinlik yaradır. Belə ki, tətbiq edilən qaydalara əsasən, sağa dönmə ikinci zolaqdan həyata keçirilməlidir. Bu isə sürücülərin fikrincə, həm hərəkəti çətinləşdirir, həm də qəza riskini artırır. Marqarita pizza

Sürücülər qeyd edirlər ki, mövcud xətlənmə yol hərəkəti zamanı çaşqınlıq yaradır və təhlükəsizlik baxımından əlavə risklər formalaşdırır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, sözügedən ünvanda işlər tam yekunlaşmayıb:

"Ərazidə nişanlanma xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması davam etdirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!