Göyçay rayonunda iki qadının vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayon mərkəzində yerləşən Nizami küçəsində qeydə alınıb.
Həmin küçədə hərəkətdə olan minik avtomobili yolu keçən rayon sakinləri - 1981-ci il təvəllüdlü Samirə Abdurəhmanova və 2001 -ci il təvəllüdlü Nigar Aslanovanı vurub. Hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal ətrafdakıların köməkliyilə Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılıblar. pizza
Faktla bağlı araşdırma aparılır.
Report
Telegram kanalımız