“Yolumuzdan azmışıq, Allah bizi tərbiyə etmək istəyir” - Hacı Rahim

saytların hazırlanması

Evə çatdırılma

“Yolumuzdan azmışıq, Allah bizi tərbiyə etmək istəyir” - Hacı Rahim

Din

26 Avqust 2020 16:25 1693


“Əgər mən İmam Hüseynə yas saxlayıramsa, şadlıq, musiqi, yeyib-içmək, çimərlik, ad günü və gəzmək kimi şeylərdən kənar olmalıyam. Hicab bağlayıramsa, hicabımda düz olmalıyam. Əməl cəhətdən düz olub ondan sonra İmam Hüseyn əzadarlığını saxlamalıyam”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Hacı Rahim Məhərrəm ayında möminlərin necə davranmalı olduqlarından danışarkən deyib. Qeyd edib ki, əsas olan qarşılıqlı hörmət və ehtiramı qorumaqdır:

“Bir də görürsən ki, adam dindardır, amma maşında musiqini tam açıb gəzir. İrad bildirəndə də dini musiqi olduğunu deyir. Kiminsə atası rəhmətə gedəndə dini musiqi ilə şəhərdə gəzir? Yox. Birinci mənəvi yas saxlanılmalıdır. Bununla həm mənəviyyatımız, həm əməlimiz düzələcək. Əgər namazımı vaxtında qılıramsa, kiməsə şər atmıramsa, deməli doğru yoldur. Biz yolumuzdan azmışıq. Allah bizi bu dövrdə tərbiyə etmək istəyir”. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!