Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur

saytların hazırlanması

Evə çatdırılma

Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur

Sağlamlıq

24 Noyabr 2020 08:17 881


Son statistikaya baxdıqda görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu olaraq cəmləşdiyi yas mərasimlərində baş verir.

“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, əgər insanlar kütlənin çox olduğu məkanlara daxil olmağa məcburdurlarsa, bu halda maska taxmağa və əllərini tez-tez yumağa çalışmalıdırlar. pizza hut

Maskalardan düzgün istifadənin olduqca əhəmiyyətli olduğunu deyən H.Harmancı əlavə edib ki, əgər maska burunun üzərinə taxılmırsa və ya burunun üzərində və çənənin alt tərəfində üzə sıx örtülmürsə, onda maskanın qoruyucu təsiri yarıbayarı, hətta daha çox azalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!