Azərbaycan yük maşınları Qarabağdan niyə geri göndərildi?   - Polkovnik ermənilərin niyyətindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan yük maşınları Qarabağdan niyə geri göndərildi? - Polkovnik ermənilərin niyyətindən danışdı

Siyasət

17 Fevral 2022 15:57 14676


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində gərginlik bitib-tükənmək bilmir. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, Suqovuşandan sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərə daxil olub, Kəlbəcərə getmək istəyən Azərbaycan hərbi kolonunun qarşısı kəsilib.

Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bu məsələdə sülhməramlıları qınayıb:

“Sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazilər var və o ərazidə hansı hərəkətlər hansı formada olmalıdır, bu, sülhməramlı qüvvələrlə Azərbaycanla razılaşdırılmış şəkildə həyata keçirilir. pizza hut

Azərbaycan hərbi kolonları bölgədə müstəqil şəkildə hərəkət etmir. Sülhməramlı qüvvələr təhlükəsizliyi təmin edir. Başa düşürəm ki, bu məsələ qıcıq oyadır, çünki bu, Azərbaycan ərazisidir.

Yolun kəsilməsi sülhməramlı kontingentin zəifliyi və diqqətsizliyidir. İş ondadır ki, sülhməramlıların fəaliyyəti belə bir fikir doğurub ki, onlar orada separatçı qüvvələrin təhlükəsizliyini təmin edirlər.

Azərbaycan tərəfi dəfələrlə mövqeyini bildirib və orada yaşayan barəsində də açıqlamalar verib”.

Hərbi ekspert əmindir ki, Azərbaycan tərəfi bölgədə yaşayan ermənilərin təhlükəsizliyini təmin edə bilər:

“Əgər Azərbaycanın həmin yolla apardığı yükün təyinatına sülhməramlı qüvvələr məhdudiyət qoyursa, bu nə anlama gəlir? Sülhməramlı qüvvələr bir ildən çoxdur ki, bölgədəki qanunsuz erməni hərbi birləşmələrinin qarşısını almır, ya da bunu etmək istəmirlər. Belə olan halda sülhməramlılar nə üçündür?"

"Sülhməramlılar indiyə kimi erməniləri tərksilah etməyiblər və ermənilər Azərbaycan ərazisində ikinci təmas xətti yaradıb. Bəzən də guya sərxoş halda atəşkəsi pozaraq Azərbaycan əsgərlərinə atəş açırlar. Yaxşı, onda sülhməramlı qüvvələrin məqsədi nədir? Belə çıxır ki, onlar separatçı Arayik Arutyunyan, eləcə də digərlərinin təhlükəsizliyini təmin edir”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İlqar
    Ümumiyyətlə Qarabağdakı rus qoşunlarının sülhməramlı statusu yoxdur. Bu status BMT tərəfindən verilir. BMT isə rus qoşunlarına bu statusu verməyib.Sadəcə Azərbaycan xalqının başını aldadırlar. Rus qoşunları Qarabağa hansı məqsədlə və hansı statusla giribsə o məqsədi yerinə yetirir , o statusa uyğun davranırlar. İşğalçılıq məqsədi , işğal ordusu. Özümüzü aldatmayaq.
    4 years ago
  • Rafael
    Sülh məramlı deyil Rus və ermənilərdən ibarət olan fasistlərdir onları tezliklə yubanmadan oradan qovmaq lazımdır Rus və erməni tarix boyu Azərbaycana qarşı olub
    4 years ago