Yeni Zelandiyada məsciddə törədilən terror aktının videogörüntüləri “Facebook” sosial şəbəkəsindən pozulub.
Bu barədə “Facebook” sosial şəbəkəsinin Yeni Zelandiyadakı nümayəndəsi Mia Harlik deyib. “Video “Facebook” sosial şəbəkəsində peyda olduqdan dərhal sonra Yeni Zelandiya polisi bu barədə bizi məlumatlandırıb və biz təxirə salınmadan Brenton Tarrantın “Facebook” və “Instagram” akkauntlarını, həmçinin həmin videoları pozmuşuq”, - deyə o bildirib.
“Twitter” sosial şəbəkəsi də, həmçinin atıcının akkauntunu bağlayıb və terror aktının videosunu pozmaq üçün tədbirlər görür. “Google” kompaniyası nümayəndəsinin sözlərinə görə, onlar videonun “YouTube” videohostinqindən tam silinməsi üçün çalışırlar. Bir qədər əvvəl Yeni Zelandiya polisi Christchurch şəhərindəki məscidə hücumda ittiham olunan avstraliyalı Brenton Tarrant tərəfindən çəkilən videonu yaymamaq xahişi ilə internet istifadəçilərinə müraciət etmişdi. pizza sifarişi
Telegram kanalımız