“YouTube”da yeni funksiya olacaq

saytların hazırlanması

Evə çatdırılma

“YouTube”da yeni funksiya olacaq

Rəqəmsal

23 Mart 2025 10:24 1157


 

"YouTube" platforması videotəsvirin çözümlülüyündən ayrıca olaraq, səsin keyfiyyətini seçmək imkanı verən yeni funksiyanı sınaqdan keçirir.

Bu barədə Yenisabah.az "Android Authority"yə istinadla xəbər verir.

Hal-hazırda platformada səsin keyfiyyəti videotəsvirin çözümlülüyündən asılı deyil. Belə ki, 144 piksel və ya 4K seçimindən asılı olmayaraq, audio dəyişməz olaraq qalır. Dominos pizza

Yeni funksiyada isə istifadəçilər səsin keyfiyyətini sərbəst tənzimləmək imkanı əldə edəcəklər.

Funksiyada üç seçim olacaq - "avto", "orta" və "yüksək". Yeniliyin "YouTube Premium" abunəçiləri üçün əlçatan olacağı ehtimal edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!