DYP-dən növbəti ifşa: Sürücü narkotik qəbul etdiyini etiraf etdi

saytların hazırlanması

Evə çatdırılma

DYP-dən növbəti ifşa: Sürücü narkotik qəbul etdiyini etiraf etdi

Kriminal

17 Mart 2026 12:19 418


Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik sərxoşluğu vəziyyətində olan sürücünü ifşa edərək hərəkətdən kənarlaşdırıb.

Qurumun mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Elvin Bağırlı idarə etdiyi “Lada” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən DYP-nin stasionar postunda nəzarət yoxlama qaydasında saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Elvin Bağırlının narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Təqsiri sübuta yetirilən Elvin Bağırlı qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunub.   Sezar pizza

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!