Yük maşını ilə avtomobil toqquşdu, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Yük maşını ilə avtomobil toqquşdu, xəsarət alanlar var

Hadisə

20 Sentyabr 2019 19:46 992


Qax şəhərinin girişində axşam saat 20 radələrində yol-nəqliyyat hadisəsi baş verib. 

"Yeni Sabah" xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində üç nəfər, Qax rayon sakinləri - 1993-cü il təvəllüdlü Rahib Məmmədnur oğlu Manəfov, 1994-cü il təvəllüdlü Yunus Miraləm oğlu Şəkiliyev və Şəki rayon sakini 1992-ci il təvəllüdlü İlham Vaqif oğlu Əhmədov xəsarət alıblar. 

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlar xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!