Yüksək qızdırma ilə xəstəxanaya çatdırılan azyaşlı öldü

saytların hazırlanması

Evə çatdırılma

Yüksək qızdırma ilə xəstəxanaya çatdırılan azyaşlı öldü

Hadisə

22 Fevral 2026 12:49 347


Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib.

“Yeni Sabah” APA-ya istinadla xəbər verir ki, təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının yüksək qızdırma səbəbindən vəfat etdiyi bildirilir. Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. pizza

Hadisə ilə bağlı Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişməsi ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının məlumat yayıb. Bildirilib ki, 22.02.2026-cı il tarixində saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!