Yüksək vəzifəyə təyin olunan 35 yaşlı Elmir Ramazanovla bağlı maraqlı məlumatlar...

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifəyə təyin olunan 35 yaşlı Elmir Ramazanovla bağlı maraqlı məlumatlar...

Siyasət

05 İyul 2023 21:15 43420


Xəbər verdiyimiz kimi, Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.

Yenisabah.az xatırladır ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bununla bağlı əmri ilə bu vəzifəyə Elmir Ramazanov təyinat alıb.

E.Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub. pizza mizza

Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.

Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib.

Ailəlidir, bir övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!