Yumurta hansı hallarda zəhərlənməyə səbəb ola bilər? – Həkimdən rəy

saytların hazırlanması

Evə çatdırılma

Yumurta hansı hallarda zəhərlənməyə səbəb ola bilər? – Həkimdən rəy

Sağlamlıq

17 İyul 2019 14:06 3919


Xəbər verdiyimiz kimi “Sədərək” ticarət yarmarkasının yaxınlığında yerləşən məşhur “Meyvəli” bazarında kütləvi zəhərlənmə baş verib. Belə ki, 4 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Yumurta hansı hallarda zəhərlənməyə səbəb ola bilər?

Tibb elmləri doktoru Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında zəhərlənmənin iki səbəbə görə baş verə biləcəyini deyib:

“Burda əsas məsələ zəhərlənmə səbəbinin salmonella, yoxsa qida toksiki infeksiyasının olub-olmamasının aşkar edilməsidir. Yumurtanın köhnə olması səbəbindən qida infeksiyasıyarana bilər. Bəzən isə yumurtanın öz tərkibində infeksiyalar- salmonellalar olur, bu da mədə-bağırsaq infeksiyası yaradır. Lakin çox güman ki, burda yumurtanın saxlanılma qaydaları pozulub. Belə hallara rast gəlməmək üçün qidaların saxlanılması ilə bağlı təlimatlara riayət etmək lazımdır. Zəhərlənmə həqiqətən yumurtadan baş veribsə,  məsələ ilə bağlı ölçü götürülməli, faktla bağlı araşdırmalar aparılmalıdır”.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!