Yunanıstanda Covid-19 epidemiyası ilə əlaqədar iyunun 1-dən ictimai yerlərdə maskaların məcburi istifadəsi ləğv ediləcək.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanalar, qocalar evləri və ictimai nəqliyyat vasitələrində isə maskalardan istifadənin davam etdiriləcəyi bildirilib. Şəhərlərarası sərnişin avtobuslarında, gəmilərdə və təyyarələrdə maskadan istifadə ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Yunanıstanın Səhiyyə Naziri Thanos Plevris, Yunanıstan televiziyasında təyyarələrdə maska istifadəsinin necə olacağı ilə bağlı açıqlama verib. “Avropa Komissiyasının açıqlamalarında təyyarələrdə də maska tələbinin qaldırılması ilə bağlı təkliflər var. Biz bu tövsiyələrə əməl edəcəyik”, - deyə o bildirib. pizza
Nəzrin Vahid
Telegram kanalımız