Avro-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
"Yeni Sabah" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç yığmaya 23 futbolçu dəvət edib.
Qapıçılar: Səlahət Ağayev (Neftçi), Emil Balayev (Tobol, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (Qarabağ) Marqarita pizza
Müdafiəçilər: Maksim Medvedev (Qarabağ), Ömər Buludov (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Rahil
Məmmədov (Qarabağ), Anton Krivotsyuk (Neftçi), Təmkin Xəlilzadə (Sabah), Şəhriyar Rəhimov (Səbail)
Yarımmüdafiəçilər: Qara Qarayev (Qarabağ), Riçard Almeyda (Qarabağ), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov (Neftçi), Əli Babayev (Sumqayıt), Aleksey İsayev (Sumqayıt), Dmitri Nazarov ("Erzgebirge", Almaniya), Mahir Mədətov (Qarabağ), Namiq Ələsgərov (Neftçi), Araz Abdullayev (Qarabağ)
Hücumçular: Ramil Şeydayev (Krılya Sovetov, Rusiya), Rüfət Dadaşov (Proysen, Almaniya), Mirabdulla Abbasov (Neftçi)
Qeyd edək ki, millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.
Telegram kanalımız