Yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq oxuyun!

saytların hazırlanması

Evə çatdırılma

Yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq oxuyun!

Sağlamlıq

21 May 2025 15:34 932


Yuxusuzluq insan sağlamlığına mənfi təsir göstərir. Az yatmaq bir çox sağlamlıq problemlərinə və xəstəliklərə səbəb olur.

“Qafqazinfo” xəbər verir ki, yuxusuzluq əksər hallarda emosional pozğunluqlar, xüsusən depressiya və ya narahatlıqlar fonunda inkişaf edir.

Bəs rahat yuxu üçün nələrə diqqət etməliyik? pizza mizza

Araşdırmalara görə, yaxşı yuxuya getmək və yuxusuzluqdan əziyyət çəkməmək üçün beş qaydaya riayət etmək lazımdır.

1. Yatmazdan əvvəl narahatlıqlarınızı kənara qoyun. Emosional cəhətdən çətin məsələləri müzakirə etməyin.

2. Axşam saatlarında telefondan çox istifadə etməkdən çəkinin. Texnologiyadan gələn mavi işıq bədənin yuxu-oyanma dövrlərini tənzimləyən melatonin hormonunun səviyyəsini azaldır.

3. Yatmazdan bir saat yarım əvvəl müntəzəm olaraq təmiz havada gəzin.

4. Kontrast duş (mütəmadi olaraq isti və soyuq suyun növbə ilə istifadə edilməsi) qəbul edin. İsti və soyuq su arasında dəyişim yuxuya getməyinizə kömək edə bilər.

5. Yatmazdan əvvəl istirahət rituallarınızı yaradın və onları hər gecə edin. Bu, kitab oxumaq və ya xoş musiqi dinləmək ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!